İnterferensiya
Dalğaların interferensiyası — fəzanın hər bir nöqtəsində sabit amplitudlu rəqslər yarada bilən dalğaların toplanmasına deyilir. Yalnız koherent dalğalar dayanıqlı interferensiya mənzərəsi yarada bilər.
Koherentlik şərtləri — toplanan dalğaların eyni tezlikli olmalı və fazalar fərqı zaman keçdikcə sabit qalmalıdır.
Maksimumluq şərti — yollar fərqi tam sayda dalğa uzunluğuna bərabər olan yerlərdə baş verir, Δl=nλ.
Minimumluq şərti — yollar fərqi tək sayda yarımdalğa uzunluğuna bərabər olan yerlərdə yaranır, Δl=(2n+1)λ\2.
Mexaniki dalğalar — mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır.
Elektromaqnit dalğaları — elektromaqnit rəqslərinin fəzada yayılmasıdır.
Dalğa uzunluğu — dalğanın bir period ərzində dalğanın yayıldığı məsafədir, λ=v·T=v\ν. Burada v-dalğanın sürəti, T-periodu, ν-tezliyidir. Ölçü vahidi BS-də metrdir, 1m.